Bakıda "İranlı Əli” adlı narkotacirin daha bir adamı həbs edilib.
Bu barədə BUTA.TV-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan daha bir nəfər saxlanılıb.
Polisə Tamerlan adlı şəxsin rayon ərazisində narkotiklərin satışını həyata keçirdiyi barədə məlumat daxil olub. Həmin şəxs - əvvəllər məhkum olunmuş Tamerlan Əliyev tutularaq Polis Bölməsinə gətirilib. Onun üzərindən 3 kiloqrama yaxın heroin və marixuana aşkar edilib.
Arvadının gözünü kor edibmiş... - İndi də qayınatasının qətlinə görə tutuldu - Video
Saxlanılan şəxs narkotik vasitələrini sosial şəbəkələrdə “Əli” kimi tanıdığı İran vətəndaşından Bakı şəhərində satmaq məqsədi ilə aldığını bildirib.
T.Əliyevlə İran vətəndaşının cinayət əlaqəsi əməliyyat-texniki tədbirlərlə tam sübuta yetirilib.
Aşkar edilən faktla bağlı 16-cı Polis Bölməsində toplanan materiallar Nərimanov Rayon Polis İdarəsinə göndərilib.
- Ermənistanda hərbçi asılmış vəziyyətdə tapıldı
- “Ramiz Mehdiyevin kürəkəni ilə razılaşmasaq, həbsə gedəcəyimizi demişdi”
- Simonyan Rusiya səfiri ilə görüşdü
- Ukraynada qadınlar orduya çağırılır? - Rəsmi açıqlama
- İran hərbçilərə maaş vermir, nümayişçiləri öldürür - Tramp
- Polad Bülbüloğlu üçüncü dəfə evləndi - Fotolar
- MKİ-nin direktoru qəfil Moskvaya gəldi
- 1644-cü gün: Rusiya Ukraynanın itkilərini yenilədi