Martın 3-də Mingəçevirdə yol qəzası keçirən Zakir Həsənzadənin vəziyyəti ağırdır. Onun həyati təhlükəni atlatması üçün maddi yardıma ehtiyacı var.
BUTA.TV xəbər verir ki, bu barədə onun atası məlumat verib:
"Üzülərək oğlumun 03.03.23 tarixində ağır bir yol qəzası keçirdiyini bildirmək istəyirəm. Qəza nəticəsində oğlum Zakir Həsənzadə beyninə qan sızması ilə Mingəçevirdə özəl bir xəstəxanada beyin əməliyyatı keçirib. 4 gün burada qaldıqdan sonra vəziyyəti pisləşib və "Baku Medical Plaza"ya təcili tibbi yardım maşını ilə gətirilib. Burada beyindəki problemdən əlavə sepsis (qan zəhərlənməsi) aşkarlanıb. Artıq 8 gündür Allahın izni, həkimlərin səyi nəticəsində həyatdadır. 12 gün ərzində bu gün ilk dəfə Allaha şükürlər olsun ki, həkim ümid verdi, amma aylarca prosesin uzanacağını bildirdi. Böyük məbləğdə pul xərclənməsinə baxmayaraq, həyati təhlükəsini atlatması üçün pula ehtiyacımız var. Həkimin dediyinə görə, sağalmasına və müalicəsinə 120000 pul lazımdır. Maşınımı və əşyalarımızı da satışa qoysam da, bu miqdarı ödəmir. Bunu oxuyan xeyirsevər insanlardan Allahın rizası üçün aşağıda qeyd olunan hesab nömrəsinə imkanları çatan qədər dəstək olmalarını xahiş edirəm. Allah hamıdan razı olsun".
Hesab nömrəsi: 4169 7388 5980 7020
Elçin Quliyev müdafiə naziri təyin olunacaq? - DİQQƏTÇƏKƏN RUSİYA DETALI
Kapital Bank: Kərim Həsənov
- Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
- Deputatın öldüyü oteldə illər sonra daha bir ölüm...
- 19 mindən artıq hərbi vəzifəli toplanışlara cəlb edilib - Nazir
- Azad olunan ərazilərdə nə qədər yol bərpa edilib?
- Səfərdə bir kitabla başlayan gözəl anlar
- Sabiq məmur daha bir şadlıq sarayını aldı
- Bu işçilər ixtisara düşəndə 2800 manat müavinət alacaqlar
- “Separatçıları əfv edə bilərsinizmi” sualına Prezidentin cavabı