Daxili İşlər Nazirliyi (DİN) Ramazan ayında rast gəlinən dələduzluqla bağlı vətəndaşlara xəbərdarlıq edib.
BUTA.TV sözügedən xəbərdarlığın mətnini təqdim edir:
“Ramazan birlik, bərabərlik, xeyirxahlıq və şəfqət ayıdır. Çox təəssüf ki, sosial şəbəkələrdə özlərini köməyə ehtiyacı olan və ya xəstə kimi təqdim edib bu müqəddəs günlərdə insanların xeyirxahlığından, yardımsevərliyindən yararlanmaq istəyən dələduzlara rast gəlinir. Onlar bu məqsədlə saxta profillər yaradaraq öz çirkin niyyətlərini həyata keçirmək istəyirlər. Vətəndaşlarımızdan yalnız tanıdıqları və həqiqətən də ehtiyacı olan şəxslərə yardım etmələrini, saxta profillər işlədənlərə inanmamağı tövsiyə edirik”.
- Qubada məktəbli özünü güllələyərək öldürdü
- "İdrak"da güllələnən müəllimin vəziyyəti... - Açıqlama
- Nərgiz Məhəmmədi başqa həbsxanaya köçürüldü
- Sabahın hava proqnozu açıqlandı
- İstanbulda 7 baldan yüksək zəlzələ olacaq? - VACİB AÇIQLAMA
- Qalib yoxdur, ruslar həftədə 7-8 min əsgər itirir - Rubio
- İrana qarşı böyük əməliyyat: Trampın əmri gözlənilir...
- Bu rayonlarda güclü külək əsir – Faktiki hava