Rusiya Prezidenti Vladimir Putinin anası olduğunu iddia edən Vera Putina Gürcüstanda 97 yaşında dünyasını dəyişib.
BUTA.TV xəbər verir ki, bu barədə mediada məlumat yayılıb.
Məlumata görə, Putina mayın 30-da Gürcüstanın şərqindəki Xəzər bələdiyyəsinin Metexi kəndində dəfn edilib.
Qeyd edək ki, Vera Putina 1926-cı ildə RSFSR-da Perm vilayətində anadan olub. Onun dediyinə görə, o, evli bir şəxslə tanış olub və ondan uşaq dünyaya gətirib - Vova Putini. Daha sonra qadın gürcü ilə ailə qurub və oğlu ilə birlikdə Metexiyə köçüb. O, ögey atasının Vova ilə pis davrandığına görə oğlunu Rusiyaya valideynlərinin yanına göndərib. Və həmin vaxtdan onu görməyib. Vera Putina Putini televiziyada görən kimi onu dərhal tanıdığını iddia edib.
Bu versiyanın tərəfdarları olan jurnalistlər Putinin uşaqlığı haqqında real məlumatların çox az olduğuna diqqət çəkiblər. Qeyd edilir ki, bir müddət qadın mühafizə olunub, guya ondan hətta DNT testi də götürüblər. İddia olunurdu ki, məxfi xidmətlər oğlunun bütün köhnə fotolarını və sənədlərini Veradan alıblar.
- Növbəti DÇ tarix yazacaq - Bir əsrlik mundialda gözlənilməz dəyişikliklər
- Prezidentin qızına xəyanətini qəzetdə elan vermişdi - 644 milyon ödəyəcək
- Dənizdə batma təhlükəsi ilə üzləşən şəxs xilas edildi
- Cəlilabadda park tikintisində nələr tapıldı?
- Şuşa-Xankəndi yolunda avtomobil dərəyə aşdı
- Tamerlan Qarayev geri çağırılır?
- Həyətlərindən yaralı halda tapılan qız xəstəxanada öldü
- Diplomatik xidmətə qəbul imtahanının nəticələri açıqlandı