Xaçmazda fəhlələri daşıyan avtomobil qəzaya düşdü

11:52 - 14 İyun 2023 - GÜNDƏM

 Xaçmazda fəhlələri daşıyan avtomobil qəzaya düşdü

Xaçmaz rayonunda fəhlələri daşıyan avtomobil qəzaya düşüb.

BUTA.TV Report-a istinadən xəbər verir ki, hadisə Xaçmaz-Quba yolunda qeydə alınıb.

Belə ki, "Ford" markalı mikroavtobusla "Kia" markalı minik avtomobili toqquşub.

Nəticədə 1964-cü il təvəllüdlü Gülnarə Güloğlan qızı Xanəliyeva, 2016-cı il təvəllüdlü Şəlalə Əliağa qızı Tağıyeva , 1974-cü il təvəllüdlü Vəsilə Məlikməmməd qızı İmamova və 2001-ci il təvəllüdlü Rizvan Qurban oğlu Talıbov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Onların rayonda yerləşən bağlardan birində fəhlə kimi işləməyə getdikləri bildirilir.

Faktla bağlı araşdırma aparılır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol