Ağsuda taxıl sahəsi yanıb.
Bu barədə BUTA.TV-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, FHN “112” qaynar telefon xəttinə Ağsu rayonunun Kələğaylı kəndi yaxınlığında taxıl sahəsində yanğın baş verməsi barədə məlumat daxil olub.
Dərhal əraziyə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Ağsu Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən edilib ki, taxıl sahəsində baş vermiş yanğının küləkli havanın təsiri ilə qısa müddətdə genişlənərək yaxınlıqdak digər əkin sahələrinə keçməsi ehtimalı yüksəkdir.
Əməliyyat şəraitinə uyğun olaraq yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş zəruri ve təxirəsalınmaz tədbirlər sayəsində yanğın qısa müddətdə söndürülərək, genişlənərək digər taxıl sahələrinə keçməsinə imkan verilməyib.
Yanğın nəticəsində təxminən 4,5ha biçilməmiş, 1ha biçilmiş taxıl sahəsi və 400m² sahədə kol-kos yanıb, 4 ədəd elektrik dirəyi isə qismən yanıb. Ətrafdakı taxıl sahələri və hava elektrik xətləri yanğından mühafizə olunub.
- Kurenkov Bakıya gəldi
- Rusiya Azərbaycanla qarşıdurmaya girsə... - Ukraynalı siyasətçi
- Bakı-Moskva münasibətləri gərginləşdi – Zatulin “aktivləşdi”
- Peskov: Rusiya Azərbaycanda onları müdafiə edir
- Kremldən Bakı ilə bağlı mühüm açıqlama
- Rusiyadan dəhşətli xəbərlər gəlir: Bu sektordakı azərbaycanlılar...
- İsrailli rəsmidən fars dilində müəmmalı paylaşım: Bazar ertəsi…
- Rusiya ilə gərginlik belə bitəcək - Sabiq nazir