Britaniyalı müğənni Elton Con hələ başa çatmamış "Freewell Yellow Brick Road" turundan rekord məbləğdə - 887 milyon dollar qazanıb.
Kult.az xəbər verir ki, bu barədə mediada məlumat yayılıb.
Məlumata görə, bu il iyulun 8-də baş tutacaq qastrol səfərinin son çıxışından sonra sənətçinin gəliri bir milyard dolları keçəcək:
"Mayın 30-dək olan müddətdə sənətçinin 309 konsertinə 5,7 milyon bilet satılıb. Sözügedən tur bu ilin yanvarında bütün zamanların ən çox gəlir gətirən turu olub. Həmin vaxt qastrol səfəri çərçivəsində 278 konsert keçirilib və ondan 817,9 milyon dollar toplanıb".
- Alimlərdən maraqlı araşdırma: ən ağıllı adamlar...
- ABŞ İrana zərbələr endirir
- 4 rayonda fasilələrlə işıq kəsiləcək
- Arvadını qətlə yetirən Coşqun 1 ay öncə həbsdən çıxıbmış - Video
- Sabah Bakının bu ərazisində işıq olmayacaq
- Samuxda ağır qəza - 3 nəfər öldü - Yenilənib
- Valideynlərin diqqətinə: Məktəb seçimi bu tarixdən başlayır
- “Zirə” ilk oyunu darmadağınla qazandı - Yenilənib+Video