Biz müntəzəm olaraq Cənubi Qafqazda münasibətlərin normallaşdırılması və nizamlanma mövzusu ilə bağlı müxtəlif istiqamətlərdə məşğul oluruq.
BUTA.TV xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqdə deyib.
“Siz ən yüksək səviyyədə fəallığı, rəhbərlik səviyyəsində görüşləri, Azərbaycan və Ermənistan nazirlərinin necə işlədiyini görürsünüz, bizim bu məsələ ilə bağlı xüsusi nümayəndələrimiz var. Səfirliklərimiz və ekspertlərimiz gündəlik olaraq işləyirlər. Proses gedir və fasiləsiz davam edir”, - o vurğulayıb.
Zaxarovanın sözlərinə görə, moderator və vasitəçi adı altında bu bölgəyə sülh və firavanlıq arzu etməyənlər hərəkətə keçirlər:
“Bunun niyə edildiyini başa düşürük. Çünki həm Ermənistanın, həm də Azərbaycanın, əsl dostu , əsl vasitəçi kimi ölkəmizin 2020-ci ildən atdığı təşəbbüskar addımlar Qərbdə şoka səbəb olub”.
- Prezident Sərdar Ayaz Sadiqini qəbul etdi
- Tverdə azərbaycanlılar saxlanıldı - Video
- Moskva Bakjıya qarşı hansı təzyiqlərdən istifadə edəcək?
- Rusiya Bakıya heyət göndərir: Putinin şəxsi mesajı...
- Rusiyada bu qurum Azərbaycana müraciət etdi
- Mirziyayevin Azərbaycana səfəri əhəmiyyətlidir, çünki...
- Rusiyadan Azərbaycana gələn turist sayında azalma var?
- Bakı-Moskva gərginliyi: Ərdoğanın bu sözləri Putinədir