Çeçen batalyonu Belqoroda yeridildi

21:32 - 15 İyun 2023 - GÜNDƏM

 Çeçen batalyonu Belqoroda yeridildi

Rusiya Müdafiə Nazirliyinin “Qərb-Əhməd” çeçen batalyonunun şəxsi heyəti Belqorod vilayətində Rusiya Federasiyasının sərhədinin mühafizəsinə başlayıb.

BUTA.TV xəbər verir ki, bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov Teleqram hesabında məlumat yayıb.

Kadırovun sözlərinə görə, batalyon döyüşçüləri Ukrayna diversiya-kəşfiyyat qruplarına qarşı mübarizə apararaq onların bu sərhədyanı bölgə ərazisinə daxil olmasının qarşısını almaqla məşğul olacaq.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol