Bu gün Ermənistan hərbçilərinin “Laçın” postunda sərhədçimizi yaralaması da daxil olmaqla, müxtəlif istiqamətlərdə təxribatları ABŞ-ın İrəvandakı səfirliyinin dünənki çağırışını gündəmə gətirib.
BUTA.TV xəbər verir ki, ötən gün səhər saatlarında ABŞ-ın Ermənistandakı səfirliyi diplomatik korpusun əməkdaşlarına və onların ailə üzvlərinə Azərbaycanla həmsərhəd rayonlara hər hansı qeyri-vacib səfərləri qadağan etmişdi.
Səfərlərin qadağan olunduğu yerlər isə Ermənistanın Tavuş, Göyçə, Cermuk və Zəngəzur vilayətləridir.
Politoloq Elxan Şahinoğlu qeyd edib ki, bu, Vaşinqtonun Ermənistan ordusunun təxribatı haqqında əvvəlcədən məlumatlı olduğunu təsdiqləyir:
“ABŞ İkinci Qarabağ müharibəsinin başlanmasından bir neçə gün əvvəl də vətəndaşlarına oxşar xəbərdaqlıq etmişdi. ABŞ kəşfiyyatı dünyanın hər yerində olduğu kimi Cənubi Qafqazda da fəaldır, təsadüfi deyil ki, ABŞ-ın keçmiş SSRİ məkanında ən böyük səfirliyi Ermənistandadır”.
- Alimlərdən maraqlı araşdırma: ən ağıllı adamlar...
- ABŞ İrana zərbələr endirir
- 4 rayonda fasilələrlə işıq kəsiləcək
- Arvadını qətlə yetirən Coşqun 1 ay öncə həbsdən çıxıbmış - Video
- Sabah Bakının bu ərazisində işıq olmayacaq
- Samuxda ağır qəza - 3 nəfər öldü - Yenilənib
- Valideynlərin diqqətinə: Məktəb seçimi bu tarixdən başlayır
- “Zirə” ilk oyunu darmadağınla qazandı - Yenilənib+Video