Çin “Böyük yürüş-2D” (“Long March-2D”) daşıyıcı raketi ilə orbitə 41 peyk çıxarıb.
BUTA.TV xəbər verir ki, daşıyıcı raketin buraxılışı Şensi vilayətindəki Tayyuan kosmodromunda yerli vaxtla saat 13:30-da baş tutub. Bu, Çinin eyni daşıyıcı raketlə orbitə ən çox peyk çıxarmasıdır. Bundan əvvəlki rekord iyunun 7-də “Licien-1” raketi ilə orbitə 26 peykin çıxarılması olub.
“Böyük yürüş-2D” raketinin orbitə çıxardığı peyklər torpaq ehtiyatlarının, mineral resursların və “ağıllı şəhər” layihələri üzrə məlumatların məsafədən zondlanması üçün istifadə olunacaq. Orbitə çıxarılmış obyektlərdən 36-sı “Cilin-1” seriyasındadır. Bununla orbitdəki “Cilin-1” peyklərinin sayı 108-ə yüksəlib.
Qeyd edək ki, bu, “Böyük yürüş” seriyasından 476-cı raket buraxılışı olub.
- Alimlərdən maraqlı araşdırma: ən ağıllı adamlar...
- ABŞ İrana zərbələr endirir
- 4 rayonda fasilələrlə işıq kəsiləcək
- Arvadını qətlə yetirən Coşqun 1 ay öncə həbsdən çıxıbmış - Video
- Sabah Bakının bu ərazisində işıq olmayacaq
- Samuxda ağır qəza - 3 nəfər öldü - Yenilənib
- Valideynlərin diqqətinə: Məktəb seçimi bu tarixdən başlayır
- “Zirə” ilk oyunu darmadağınla qazandı - Yenilənib+Video