Paşinyan Ermənistanın gerbini kəskin tənqid etdi

00:08 - 16 İyun 2023 - GÜNDƏM

 Paşinyan Ermənistanın gerbini kəskin tənqid etdi

Ermənistan Baş naziri Nikol Paşinyan bəyan edib ki, ölkənin gerbinin 1991-ci ildə qurulan dövlətə heç bir aidiyyatı yoxdur.

BUTA.TV Report-a istinadən xəbər verir ki, o, bu barədə parlamentin iclasında bildirib

“Orada nə göstərilir? Ağrı dağında (Türkiyə ərazisində yerləşir - red.) Nuhun gəmisi və Ermənistanın dörd sülaləsinin gerbləri. Emblemə baxanda belə bir sual yarandı: bunun bizə nə dəxli var? Axı biz bunu 1991-ci ildə qəbul etmişik. Bunun 1991-ci ildə qurulan dövlətə nə dəxli var? O nə danışır?”-deyə, o bildirib.

O, qeyd edib ki, gerbin mərkəzində Ağrı dağında Nuhun gəmisini və indiki Ermənistan ərazisini sular altında görmək olar.

Bu xəbər hal-hazırda çox oxunur
Bakıda gündəm olan bu maşın kimindir? - Foto

Paşinyan gerbdə uzun müddətdir Ermənistanın təbii şəraitində yaşamayan aslan təsvir olunmasına da diqqət çəkib: “Müzakirə etdiyimiz bu problem əslində ikililiyə aiddir. Və hər birimizdə var”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol