Abşeron rayonuda 15 İyun - Milli Qurtuluş Günü münasibətilə konsert keçirilib.
BUTA.TV xəbər verir ki, Xırdalan şəhərində Ulu Öndərin adını daşıyan Parkda baş tutan konsertdə şəhid ailələri, Vətən Müharibəsi iştirakçıları və rayon ictimaiyyəti iştirak edib.
Konsertdə xalqımızın Ümummilli Lideri, Müstəqil Azərbaycanın memarı, dahi şəxsiyyət Heydər Əliyevin 1993-cü ilin iyun aynda Bakıya gəlişi və bundan sonra ölkədə həyata keçirilən irimiqyaslı işlər barəsində məlumat verilib.
Bildirilib ki, tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün böyük ictimai-siyasi və tarixi əhəmiyyətə malikdir. Ulu Öndər Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsi ilə ölkəmizdə vətəndaş müharibəsinin, dövlətçiliyin məhv olmasının və ölkənin parçalanmasının qarşısı alınıb.
Respublikamızın tanınmış incəsənət xadimlərinin müxtəlif repertuarlarla çıxış etdiyi və sakinlərin böyük coşqu ilə qarşıladığı konsert proqramı atəşfəşanlıqla sona çatıb.
- Rusiya Bakıya heyət göndərir: Putinin şəxsi mesajı...
- Rusiyada bu qurum Azərbaycana müraciət etdi
- Mirziyayevin Azərbaycana səfəri əhəmiyyətlidir, çünki...
- Rusiyadan Azərbaycana gələn turist sayında azalma var?
- Bakı-Moskva gərginliyi: Ərdoğanın bu sözləri Putinədir
- Xankəndidə Şimali Kiprin bayrağının asılması... - Tatar
- Əliyevlə danışdım: Suriya ilə bağlı buna hazırdır
- Ərdoğandan Bakı-Moskva gərginliyinə münasibət