Quru sərhədimiz yalnız Ermənistanla açıqdır - Deputat

11:30 - 16 İyun 2023 - GÜNDƏM

 Quru sərhədimiz yalnız Ermənistanla açıqdır - Deputat

Bu gün bizim İran, Gürcüstan, Rusiya ilə quru sərhədlərimiz bağlı, amma Ermənistanla quru sərhədimiz açıqdır. Bu, Prezidentin böyük humanist addımıdır.

BUTA.TV xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Musa Qasımlı deyib.

Deputat bildirib ki, Ermənistan bunu qiymətləndirə bilmir:

“Xüsusən onun havadarları, İran bölgəni qarışdırmaq istəyir. Bu gün Azərbaycan Ermənistan vətəndaşlarının sərbəst hərəkətinə icazə verir, Ermənistan bunu anlamır. Bu gün Azərbaycan hərbçisinə, sərhədçisinə atəş açan şəxs dərhal məhv edilməlidir. Biz sərhədlərimizdən qanunsuz bir quşun belə uçmasına icazə verməməliyik. Bu gün beynəlxalq təşkilatlar “Laçın” sərhəd buraxılış məntəqəsində baş verənlərə münasibət bildirməli, Ermənistana yerini göstərməlidir. Sərhəddə baş verənlərə görə bütün məsuliyyət Ermənistanın və onun havadarlarının üstünə düşür”.

Bu xəbər hal-hazırda çox oxunur
Rusiyada bu qurum Azərbaycana müraciət etdi

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol