Moskva ilə Minsk arasında Rusiya taktiki nüvə silahlarının Belarus ərazisində yerləşdirilməsi ilə bağlı razılaşmalar Lukaşenkonun ölkəsi üzərində nəzarəti Kremlə verməsinin göstəricisidir.
BUTA.TV xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib.
O bildirib ki, Lukaşenkonun belə bir qərarı “məsuliyyətsizlik və təxribatdır”:
“Belarusa gəlincə, bu, Lukaşenkonun xalqının iradəsinə zidd olaraq ölkə üzərində nəzarəti Kremlə vermək üçün məsuliyyətsiz və təxribatçı seçim etməsinin növbəti nümunəsidir. Üstəlik, bu hərəkətlər Kremlin məsuliyyətsizliyindən də xəbər verir. Bununla belə, ABŞ nüvə qüvvələrinin mövqeyini tənzimləmək üçün hələ heç bir səbəb görmür”.
- Alimlərdən maraqlı araşdırma: ən ağıllı adamlar...
- ABŞ İrana zərbələr endirir
- 4 rayonda fasilələrlə işıq kəsiləcək
- Arvadını qətlə yetirən Coşqun 1 ay öncə həbsdən çıxıbmış - Video
- Sabah Bakının bu ərazisində işıq olmayacaq
- Samuxda ağır qəza - 3 nəfər öldü - Yenilənib
- Valideynlərin diqqətinə: Məktəb seçimi bu tarixdən başlayır
- “Zirə” ilk oyunu darmadağınla qazandı - Yenilənib+Video