Putin Piterə gedir: mobil internet söndürüləcək

13:20 - 16 İyun 2023 - GÜNDƏM

 Putin Piterə gedir: mobil internet söndürüləcək

Peterburq Beynəlxalq İqtisadi Forumuna Rusiya Prezidenti Vladimir Putinin gəlişi zamanı təhlükəsizlik səbəbindən mobil internet söndürüləcək.

BUTA.TV xəbər verir ki, bu barədə azərbaycanlı jurnalist Fəridə Rüstəmova məlumat yayıb.

“Cümə günü Putin Sankt-Peterburq forumunda çıxış edəcək. Ancaq Putinin iştirak edəcəyi tədbirin plenar iclası zamanı forumun PUA hücumuna məruz qalmaması üçün mobil internet söndürüləcək”, - Rüstəmova bildirib.

Məlumata görə, mobil internetin fəaliyyəti yalnız forumun keçirildiyi məkanda dayandırılacaq.

Bu xəbər hal-hazırda çox oxunur
Rusiyada bu qurum Azərbaycana müraciət etdi

Rusiya prezidentinin müşaviri, forumun təşkilat komitəsinin cavabdeh katibi Anton Kobyakov bildirib ki, iştirakçılar və qonaqlar SPİEF2023 vay-fayından istifadə edə bilərlər.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol