Gürcüstan hökumətinin başlıca məqsədi sülh və sabitliyin, yaxşı qonşuluq münasibətlərinin və regionun iqtisadi inkişafının təşviq edilməsidir. Gürcüstanın xarici siyasəti isə qonşu ölkələrə münasibətdə balanslaşdırılmış tərəfdaşlıq əlaqələrini və qarşılıqlı faydalı, praktiki əməkdaşlığı inkişaf etdirməkdir.
BUTA.TV xəbər verir ki, bu sözləri Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili ölkə parlamentində çıxışı zamanı söyləyib.
Azərbaycan-Ermənistan münasibətlərinə toxunan nazir deyib ki, Gürcüstan “Dinc Qonşuluq Təşəbbüsü” çərçivəsində iki qonşu ölkə arasında konstruktiv dialoq istiqamətində effektiv addımlar atıb.
“Biz regionda sülh və sabitliyin təmin edilməsində iştirakımızı davam etdirməyə hazırıq”, - deyə Darçiaşvili vurğulayıb.
- İranda hava limanı vuruldu - Ölən var
- Alimlərdən maraqlı araşdırma: ən ağıllı adamlar...
- ABŞ İrana zərbələr endirir
- 4 rayonda fasilələrlə işıq kəsiləcək
- Arvadını qətlə yetirən Coşqun 1 ay öncə həbsdən çıxıbmış - Video
- Sabah Bakının bu ərazisində işıq olmayacaq
- Samuxda ağır qəza - 3 nəfər öldü - Yenilənib
- Valideynlərin diqqətinə: Məktəb seçimi bu tarixdən başlayır