Bakı əməliyyata hazırlaşır: ABŞ müdaxilə etməyəcək - Mikaelyan

22:10 - 16 İyun 2023 - GÜNDƏM

 Bakı əməliyyata hazırlaşır: ABŞ müdaxilə etməyəcək - Mikaelyan

Azərbaycanın müharibəyə (antiterror əməliyyatına – red.) hazırlaşdığını nəzərə alsaq, bu məlumatdan təəccüblənmirəm.

BUTA.TV xəbər verir ki, bu sözləri erməni mediasına açıqlamasında erməni politoloq Qrant Mikaelyan ABŞ-ın Qarabağda məskunlaşan separatçıları Azərbaycana inteqrasiyaya məcbur etməsi, əks halda Azərbaycanın antiterror əməliyyatına başlayacağı ilə “hədələməsi” haqda RİA-nın yaydığı məlumatı şərh edərkən deyib.

“Azərbaycanın müharibə hazırlığı haqda hər kəs bilir. Və bu əməliyyat başlasa, ABŞ müdaxilə etməyəcək – bunu da hamı bilir”, - o bildirib.

O iddia edib ki, ABŞ Qarabağ məsələsində substantiv güzəştlərə nail olmaq üçün Ermənistana təzyiq edir:

Bu xəbər hal-hazırda çox oxunur
Rusiyada bu qurum Azərbaycana müraciət etdi

"Ola bilsin ki, Amerika bununla da Azərbaycana dəstəyini nümayiş etdirir. Biz dəfələrlə şahidi olmuşuq ki, ABŞ Azərbaycana necə kömək edir - həm İrana qarşı məsələlərdə, həm də silah tədarük etmək və sairlə Bakıya öz siyasətini davam etdirməyə imkan verir”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol