Qarabağdakı separatçılar “RİA Novosti”nin “ABŞ Bakı ilə dialoq tələb edir, əks təqdirdə antiterror əməliyyatı keçiriləcək” xəbərdarlığına dair iddiasına münasibət bildiriblər: deyirlər ki, mövcud şəraitdə münaqişənin dialoq yolu ilə həlli real deyil.
BUTA.TV xəbər verir ki, bu barədə siyasi müşahidəçi Asif Nərimanlı bildirib.
“Məlumatda iddia olunan “üçüncü ölkələrdə dialoq” da Azərbaycanın gündəliyinə daxil deyil. Separatçılar üçün iki dəfə Bakıda reinteqrasiyanı müzakirə etmək təklifi verilmişdi, artıq nə bu təklif, nə də dialoq gündəmdədir. Təslim olmaq tələbi var və yalnız bu halda amnistiya haqda müzakirə aparıla bilər.
Separatçıların “dialoqdan” imtina etməsi isə problemi fərqli yollarla həll etmək baxımından rəsmi Bakıya sərf edir”.
- İranda hava limanı vuruldu - Ölən var
- Alimlərdən maraqlı araşdırma: ən ağıllı adamlar...
- ABŞ İrana zərbələr endirir
- 4 rayonda fasilələrlə işıq kəsiləcək
- Arvadını qətlə yetirən Coşqun 1 ay öncə həbsdən çıxıbmış - Video
- Sabah Bakının bu ərazisində işıq olmayacaq
- Samuxda ağır qəza - 3 nəfər öldü - Yenilənib
- Valideynlərin diqqətinə: Məktəb seçimi bu tarixdən başlayır