İsveç PKK da daxil olmaqla bütün terror təşkilatlarını qınayır.
BUTA.TV xəbər verir ki, bunu İsveçin xarici işlər naziri Tobias Billström jurnalistlərə açıqlamasında deyib.
“Türkiyə ilə hədəfimiz eynidir: terrorla mübarizə aparmaq. Bunu memorandum çərçivəsində əl-ələ verib konstruktiv şəkildə edirik. İsveçin PKK ilə bağlı mövqeyi çox açıqdır. Bu səbəbdən biz NATO üzvü olmaq üçün memorandumda yazılanların və qərarların hamısını yerinə yetirmək istəyirik. İsveçdə qəbul edilən yeni qanun layihəsi ölkəmizlə Türkiyə, NATO və Avropa Birliyi (AB) üzvləri arasında terrorla mübarizə sahəsində əməkdaşlığı asanlaşdıracaq”, - XİN başçısı bildirib.
Nazir eyni zamanda İsveçdə məskunlaşan terrorçuların Türkiyəyə ekstradisiya məsələsinə də aydınlıq gətirib:
“İsveç AB-nin qanunvericiliyi çərçivəsində ekstradisiya həyata keçirir və ekstradisiya qərarları məhkəmə sistemi tərəfindən müstəqil şəkildə qəbul olunur”.
- Zaqatalada küçələri su basdı, poçt binasını sel apardı - Video
- İranda hava limanı vuruldu - Ölən var
- Alimlərdən maraqlı araşdırma: ən ağıllı adamlar...
- ABŞ İrana zərbələr endirir
- 4 rayonda fasilələrlə işıq kəsiləcək
- Arvadını qətlə yetirən Coşqun 1 ay öncə həbsdən çıxıbmış - Video
- Sabah Bakının bu ərazisində işıq olmayacaq
- Samuxda ağır qəza - 3 nəfər öldü - Yenilənib