Gülərdən NATO açıqlaması: Bu qəbuledilməzdir!

16:06 - 17 İyun 2023 - GÜNDƏM

 Gülərdən NATO açıqlaması: Bu qəbuledilməzdir!

Türkiyə NATO-ya ən çox töhfə verən ölkələr sırasındadır.

BUTA.TV xəbər verir ki, bunu Türkiyə milli müdafiə naziri Yaşar Gülər jurnalistlərə açıqlamasında deyib.

“Buna baxmayaraq, Türkiyənin müttəfiqləri tərəfindən ixrac məhdudiyyətlərinə məruz qalmağı heç vaxt qəbuledilməzdir. Bu məhdudiyyətlər təkcə Türkiyənin təhlükəsizliyini deyil, eyni zamanda NATO-nun müttəfiqləri üçün müəyyən etdiyi potensial hədəflərə, ümumilikdə Alyansın da təhlükəsizliyinə mənfi təsir edir. Türkiyə olaraq NATO-ya və Avro-Atlantik bölgənin təhlükəsizliyinə keçmişdə olduğu kimi bu gün də, gələcəkdə də mühüm töhfələr verməyə davam edəcəyik”, - nazir bildirib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol