Səudiyyənin xarici işlər naziri Tehranda

18:24 - 17 İyun 2023 - GÜNDƏM

 Səudiyyənin xarici işlər naziri Tehranda

Bu gün Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Feysəl bin Fərhan Tehrana səfər edib.

BUTA.TV xəbər verir ki, nazir səfər zamanı İran Prezidenti İbrahim Rəisi və iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşməyi planlaşdırır.

O, həmçinin Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinin və Məşhəddəki konsulluğunun yenidən açılması ilə bağlı vəziyyətlə tanış olacaq.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı ilə İran arasında münasibətlər 2016-cı ildə Ər-Riyadda səudiyyə monarxiyasını tənqid edən şiə aliminin edamından sonra pozulmuşdu. Nəticədə Səudiyyə Ərəbistanının İrandakı səfirliyi etirazçıların hücumuna məruz qalmış və Ər-Riyad Tehranla diplomatik əlaqəni kəsmişdi.

Bu xəbər hal-hazırda çox oxunur
Rusiyada bu qurum Azərbaycana müraciət etdi

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol