Polisə müqavimət göstərən sürücülər həbs olundu

20:50 - 18 İyun 2023 - GÜNDƏM

 Polisə müqavimət göstərən sürücülər həbs olundu

“Əhmədli” metrostansiyasının qarşısında yol hərəkəti qaydalarını pozan sürücülər barəsində tədbirlər görülüb.

BUTA.TV xəbər verir ki, bu barədə Bakı şəhər DYP-nin baş inspektoru, polis mayoru Araz Əsgərli məlumat verib.

Araz Əsgərli bildirib ki, sözügedən ərazidə dayanma-durma qaydalarının pozan və ictimai nəqliyyatın hərəkətinə maneə yaradan sürücülərlə bağlı polisə dəfələrlə müraciət daxil olub.

Bununla əlaqədar yol polisi əməkdaşları əraziyə cəlb olunub.

Bu xəbər hal-hazırda çox oxunur
Rusiyada bu qurum Azərbaycana müraciət etdi

Qaydalara əməl edilməməsi ilə bağlı protokol tərtib edilərkən sürücülərdən ikisi-Mirsüleyman Süleymanlı və Şəhriyar Abbasov polisə müqavimət göstəriblər.

Həmin şəxslər İnzibati Xətalar Məcəlləsinin 535-ci (Polisin qanuni tələbinə tabe olmama) maddəsi ilə məsuliyyətə cəlb edilib, Xətai Rayon Məhkəməsinin qərarı ilə M.Süleymanlı və Ş.Abbasova inzibati qaydada 20 sutka həbs cəzası verilib


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol