Bakıda partlayış: 5 nəfər yaralandı - Video

20:56 - 18 İyun 2023 - GÜNDƏM

 Bakıda partlayış: 5 nəfər yaralandı - Video

Bakıda yanğınla nəticələnən partlayış olub, beş nəfər xəsarət alıb.

Bu barədə BUTA.TV-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Belə ki, “112” qaynar telefon xəttinə Bakı şəhərinin Sabunçu rayonu, Zabrat qəsəbəsində vətəndaşa məxsus qarajda yanğınla nəticələnən partlayışın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Bu xəbər hal-hazırda çox oxunur
Rusiyada bu qurum Azərbaycana müraciət etdi

Hadisə yerində əməliyyat şəraitinin ilkin qiymətləndirilməsi zamanı 1983-cü il təvəllüdlü Vəliyev Kamal Nizami oğluna məxsus ümumi sahəsi 30 m² olan qarajda yanğınla nəticələnən partlayışın baş verdiyi müəyyən olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülərək yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb.

Hadisə nəticəsində qarajın yanar konstruksiyaları və içərisində olan "Mercedes" markalı minik avtomobilinin yanar hissələri yanıb. Yanğın zamanı 1983-cü il təvəllüdlü Vəliyev Kamal Nizami oğlu, 1986-cı il təvəllüdlü Şükürov Bünyamin Şükür oğlu, 2004-cü il təvəllüdlü Əzizov Nicat İlqar oğlu, 2013-cü il təvəllüdlü Şükürov Sərdar Bünyamin oğlu və 2015-ci il təvəllüdlü Vəliyev Mövlud Kamal oğlu müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.

Yanğınsöndürənlər tərəfindən, həmçinin hadisə yerində digər zəruri təhlükəsizlik tədbirləri görülüb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol