İran Azərbaycanla Naxçıvan arasında birbaşa nəqliyyat əlaqəsinin yaradılmasının əleyhinə deyil. Türkiyə bundan narahat olmasın.
BUTA.TV xəbər verir ki, bu sözləri İranın dini lideri Əli Xameneinin sözçüsü Seyid Həsən Amuli Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın “Zəngəzur dəhlizi layihəsinin reallaşmaması Ermənistanla deyil, İranla bağlıdır” sözlərinə reaksiyasında deyib.
O bildirib ki, İranın Ermənistan ərazisindən keçməklə Azərbaycanla Naxçıvan arasında nəqliyyat əlaqəsi yaratmaqla bağlı heç bir problemi yoxdur:
“İran 20 ilə yaxındır Azərbaycana öz ərazisindən Naxçıvanla əlaqə saxlamaq üçün istifadə etmək imkanı verib. Müharibə və işğal illərində Biləsuvar və Culfa üzərindən Azərbaycanla Naxçıvan arasında daşımalar həyata keçirilib. İndi də bu yol Azərbaycan avtomobilləri üçün açıqdır. Əgər Ermənistan öz ərazisi ilə Naxçıvanla nəqliyyat əlaqəsi yaratmağa imkan verməsə, biz İran ərazisindən Azərbaycanı Naxçıvanla birləşdirən daha yaxşı yol çəkməyə hazırıq. Azərbaycan, Naxçıvan və Türkiyəni İran torpaqları birləşdirməlidir. Hər iki marşrutla Türkiyə öz mallarını Orta Asiyaya rahatlıqla daşıya bilər”.
Amuli iddia edib ki, Azərbaycan və Türkiyə “daşınma” yox, “torpaq sahibi” olmaq istəyir.
- Rusiya Bakıya heyət göndərir: Putinin şəxsi mesajı...
- Rusiyada bu qurum Azərbaycana müraciət etdi
- Mirziyayevin Azərbaycana səfəri əhəmiyyətlidir, çünki...
- Rusiyadan Azərbaycana gələn turist sayında azalma var?
- Bakı-Moskva gərginliyi: Ərdoğanın bu sözləri Putinədir
- Xankəndidə Şimali Kiprin bayrağının asılması... - Tatar
- Əliyevlə danışdım: Suriya ilə bağlı buna hazırdır
- Ərdoğandan Bakı-Moskva gərginliyinə münasibət