Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Tatarıstanın yubiley medalı ilə təltif olunub.
BUTA.TV xəbər verir ki, Tatarıstanın dövlət təltifi – “Tatarıstan 1920-2020” yubiley medalını Q.Paşayevaya Bakıda keçirilən Sabantuy – Tatar milli bayramında Tatarıstan Respublikasının rəhbəri Rüstəm Minnixanov təqdim edib.
Q.Paşayeva Minnixanova yüksək təltifə görə minnətdarlıq edib:
“Qarşılıqlı əlaqələrimizin gücləndirilməsi istiqamətində Sizin və Prezident İlham Əliyevin yüksək xidmətləri bizim üçün bir nümunədir. Sizin xidmətlərinizdən ilham alırıq. İnanırıq ki, qardaş xalqlarımız arasındakı mədəni əməkdaşlıq, ümumən bütün əməli fəaliyyətlər üzrə əlaqələr getdikcə daha da güclənəcəkdir. Bir daha minnətdarlığımızı bildirirəm!”
Qeyd edək ki, Qənirə Paşayeva Azərbaycanda tatar ədəbiyyatı, mədəniyyəti ilə bağlı bir sıra uğurlu layihələrin məsləhətçisi və uyğun nəşrlərin ön söz müəllifi olub.
- Rusiya Bakıya heyət göndərir: Putinin şəxsi mesajı...
- Rusiyada bu qurum Azərbaycana müraciət etdi
- Mirziyayevin Azərbaycana səfəri əhəmiyyətlidir, çünki...
- Rusiyadan Azərbaycana gələn turist sayında azalma var?
- Bakı-Moskva gərginliyi: Ərdoğanın bu sözləri Putinədir
- Xankəndidə Şimali Kiprin bayrağının asılması... - Tatar
- Əliyevlə danışdım: Suriya ilə bağlı buna hazırdır
- Ərdoğandan Bakı-Moskva gərginliyinə münasibət