SEPAH 2022-ci ildə ölkədə baş verən iğtişaşlarda 18 ölkənin kəşfiyyat xidmətini günahlandırıb.
BUTA.TV xəbər verir ki, bu barədə SEPAH-ın kəşfiyyat xidmətinin rəhbəri Məhəmməd Kazımi yerli mediaya açıqlamasında deyib.
O bildirib ki, iğtişaşlarda ABŞ, İngiltərə, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Fransa, Almaniya, Kanada, Belçika, Avstriya, Albaniya, Avstraliya, İslandiya, İtaliya, Kosova, Norveç, Bəhreyn, Yeni Zelandiya və İsrail kəşfiyyat xidmətləri fəal iştirak edib.
Qeyd edək ki, İranda ötən il gənc fəal Məhsa Əmininin baş örtüyünə görə öldürülməsindən sonra aylarla davam edən iğtişaşlar baş vermişdi.
- Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satıldı
- Sabah 37 dərəcə isti olacaq
- Yeni Konstitusiyanın mətni ilin sonunadək dərc olunacaq - Paşinyan
- Türkiyədə naxçıvanlı sərnişini vəhşicəsinə döydülər - Video
- Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub
- Çinə getmək istəyənlərə şad xəbər
- Samuxdakı qəzada həlak olanların - Fotoları
- Böyük Britaniya “Zəngəzur”u sanksiyadan çıxardı - Foto