Rusların son vaxtlar nadir hallarda raketlərdən istifadə etməsi onların müəyyən bir məqsəd üçün toplandığından xəbər verə bilər.
BUTA.TV xəbər verir ki, bunu ukraynalı hərbi-siyasi müşahidəçi Aleksandr Kovalenko deyib.
“Biz görürük ki, raket silahlarından istifadə minimuma endirilib. İyulun əvvəlindən Ukraynada 140-a yaxın kamikadze PUA, 21 “Kalibr” və 1 “İsgəndər-M” raketindən istifadə olunub. İyunun 24-dən bəri isə X-101/555-i bir dəfə də olsun, buraxmayıblar. Bunlar Ukraynanı vurduqları əsas raketlər olduğundan, bizi bir az narahat edir”, - Kovalenko bildirib.
Onun sözlərinə görə, bu məsələnin səbəblərindən biri qış dövrünə hazırlıq ola bilər:
“Xatırladım ki, sonuncu dəfə ruslar martın 9-dan aprelin 28-dək, demək olar ki, ay yarım fasilə vermiş, sonra isə yenidən müntəzəm atəşə tutmağa başlamışdılar”.
- Prezident Qətər Əmirinə başsağlığı verdi
- I və IV qruplara imtahanlar keçirildi
- Sabah çimərliklərdə hava necə olacaq?
- Sabahın hava proqnozu açıqlandı
- TƏBİB-dən Hacıqabuldakı qəza ilə bağlı - Açıqlama
- Hacıqabulda sərnişin avtobusu aşdı: 21 yaralı
- Bakıda güclü külək, rayonlarda yağış... – Faktiki hava
- DÇ tarixində ilkə imza atdı