Qarabağda separatçıların təşəbbüsü ilə bir qrup erməni Ağdam yolunda barrikadalar qurub: məqsəd erməni əhalisinin ərzaq təminatının Ağdam marşrutu vasitəsilə təmin edilməsinin qarşısını almaqdır.
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Asif Nərimanlı qeyd edib.
Onun sözlərinə görə, reinteqrasiyaya qarşı qurulan barrikadaların arxasında separatçılarla birlikdə Rusiya sülhməramlıları da dayandığı aydındır:
“Moskva tərəfindən Qarabağa göndərilən Ruben Vardanyan faktoru bunu təsdiq edir. Barrikada quranlar da Vardanyanın rəhbərlik etdiyi qondarma “artsaxın təhlükəsizlik və ikişafı cəbhəsi” adlı hərəkatın üzvləridir.
Artıq “mülki əhali” kartını işə salıblar. Bu halda Bakının ata biləcəyi addım Laçın yolundakı hazırki rejimi – yüklərin buraxılmaması – davam etdirmək və Ağdam marşrutu təklifini gündəmdə saxlamaqdır. Zamanla separatçıların təsir rıçaqları zəifləyəcək və erməni əhalisi bu marşrut üzrə təminatı qəbul edəcək”.
- Prezident Qətər Əmirinə başsağlığı verdi
- I və IV qruplara imtahanlar keçirildi
- Sabah çimərliklərdə hava necə olacaq?
- Sabahın hava proqnozu açıqlandı
- TƏBİB-dən Hacıqabuldakı qəza ilə bağlı - Açıqlama
- Hacıqabulda sərnişin avtobusu aşdı: 21 yaralı
- Bakıda güclü külək, rayonlarda yağış... – Faktiki hava
- DÇ tarixində ilkə imza atdı