Bakı şəhərinin Sabunçu rayonunun Pirşağı qəsəbəsində dənizdə uşaq batıb.
Bu barədə BUTA.TV-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 800 metr aralı, nəzarətsiz ərazi) 1 nəfər uşağın batması barədə ilkin məlumat daxil olub:
“Məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin "Zuğulba" dalğıc-axtarış qrupunun dalğıc-xilasediciləri axtarışlara cəlb olunub”.
- Yekaterinburq olayı: Bunu Bakıya izah etmək üçün... - Kreml
- Kreml Bakının bu qərarından təəssüflənir
- Rusiyadan Yekaterinburq olayı ilə bağlı açıqlama
- Putin və Əliyevin telefon söhbəti... - Kreml
- Mirzoyan: Sülh sazişinin yeri və tarixi...
- Yekaterinburqda Səfərov məhkəmədə yalan dedi - Video
- Azərbaycan ərazisindən İrana hücum... - Bəqai
- Zatulindən etiraf: Qarabağ bitdi, Bakıya təsir də...