Bakıda şirkətə məxsus avtomobil piyadanı vuraraq öldürüb.
BUTA.TV xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu, Heydər Əliyev prospektində qeydə alınıb.
Belə ki, Elməddin Seyidov Amburan İK MMC-yə məxsus, etibarnamə ilə idarə etdiyi “Qaz A31R32-80” markalı yük maşını ilə hərəkətdə olarkən piyada, 1973-cü il təvəllüdlü Turan Mənafovu vurub.
Nəticədə piyada hadisə yerində ölüb.
Faktla bağlı Nizami Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaqı aparılır.
- Zatulindən etiraf: Qarabağ bitdi, Bakıya təsir də...
- Rusiyada azərbaycanlılara “həyəcan siqnalı” verildi
- Yekaterinburqda azərbaycanlıların öldürülməsi... - Deputat
- Bakıdakı partlayışla bağlı cinayət işi açıldı
- Azərbaycanlı jurnalist ruslara şans verdi - Görün, nə yazırlar...
- Rusiyadan Azərbaycanla bağlı açıqlama
- Fransa sərhədimizə yaxın ərazilərə nüvə tullantıları daşıyır
- Rus icmasından Yekaterinburqdakı vəhşiliklə bağlı açıqlama