Təbrizin İran parlamentdəki nümayəndəsi Əhməd Əlirzabeygi iyulun 18-də hökumət işçiləri məhkəməsi tərəfindən çıxarılan qərara əsasən 1 il müddətinə azadlıqdan məhrum edilib.
BUTA.TV xəbər verir ki, bu barədə İranın "Şərq" qəzeti məlumat yayıb.
Məlumatda Əlirzabeyginin keçmiş sənaye, mədən və ticarət naziri Rza Əmini Fatiminin millət vəkillərinə rüşvət olaraq avtomobillər verməsini ifşa etdiyinə görə "yalan məlumatlar yaymaq"da ittiham edildiyi bildirilib.
Qeyd edək ki, bir müddət əvvəl Əhməd Əlirzabeygi impiçmentin qarşısını almaq üçün sənaye, mədən və ticarət naziri Rza Əmini Fatiminin millət vəkillərinə bahalı və lüks avtomobillər payladığını açıqlamışdı.
Onun ifşaedici çıxışlarından sonra nazirin və himayəçilərinin bütün səylərinə baxmayaraq, İran parlamentinin deputatları nazirin impiçmentinə razılıq veridlər.
Bununla da aprelin sonunda Rza Fatimi Əmini nazir vəzifəsindən istefa verməyə məcbur oldu.
Bundan sonra təbrizli millət vəkilinə qarşı təzyiqlər başlayıb və onun parlamentdə çıxışlarına qadağa qoyulub.
- Fransa sərhədimizə yaxın ərazilərə nüvə tullantıları daşıyır
- Rus icmasından Yekaterinburqdakı vəhşiliklə bağlı açıqlama
- Azərbaycan nümayəndə heyəti Moskvaya səfərdən imtina etdi
- Azərbaycanda böyük narazılıq var... - Markov
- Daha bir azərbaycanlı məhkəməyə çıxarıldı
- Rusiya ilə bütün mədəniyyət tədbirləri ləğv edildi
- İran azərbaycanlıların da vətənidir: buna imkan vermərik
- Rusiyada azərbaycanlılara qarşı zorakılıq – Rəhimov çağırış etdi