Krım yarımadasındakı Starokrımski hərbi poliqonunda baş verən partlayışların səbəbi bəlli olub.
BUTA.TV xəbər verir ki, Ukrayna kəşfiyyatının rəhbəri Kirill Budanov Krımda hərbi təlim mərkəzində baş verən partlayışların Ukrayna Baş Kəşfiyyat İdarəsi ilə Ukrayna ordusunun birgə əməliyyatının nəticəsi olduğunu bildirib.
O qeyd edib ki, hərbi təlim mərkəzindəki silah anbarı məhv edilib.
Qeyd edək ki, Starokrımski poliqonunda ardıcıl güclü partlayışlardan sonra böyük yanğın başlayıb.
- Prezident Qətər Əmirinə başsağlığı verdi
- I və IV qruplara imtahanlar keçirildi
- Sabah çimərliklərdə hava necə olacaq?
- Sabahın hava proqnozu açıqlandı
- TƏBİB-dən Hacıqabuldakı qəza ilə bağlı - Açıqlama
- Hacıqabulda sərnişin avtobusu aşdı: 21 yaralı
- Bakıda güclü külək, rayonlarda yağış... – Faktiki hava
- DÇ tarixində ilkə imza atdı