İran-Rusiya qalmaqalı: Tehran “hücum” edir – Markov

12:58 - 19 İyul 2023 - GÜNDƏM

 İran-Rusiya qalmaqalı: Tehran “hücum” edir – Markov

Rusiya ilə İran arasında diplomatik qalmaqal davam edir. İndi Tehran qəfildən Ukraynanın ərazi bütövlüyünü tanıdığını bəyan etdi. İran mətbuatı isə Rusiyanı sərt tənqid etməyə başlayıb.

BUTA.TV xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov deyib.

“Münaqişə təxminən 10 gün əvvəl Rusiyanın İran və BƏƏ arasında Hörmüz boğazındakı üç ada ilə bağlı ərazi mübahisəsinin sülh yolu ilə həllini dəstəkləməsi ilə başlayıb. İran bu adaları ümumiyyətlə mübahisə predmeti hesab etmir. Onları özününkü sayır. Əgər İranla Rusiya arasında bu münaqişə sönməsə, o zaman həm Rusiyanı, həm də İranı ciddi şəkildə zəiflədə bilər. Əslində məsələnin artıq xarici işlər nazirləri səviyyəsində həllinə ehtiyac var. Əgər Rusiya ilə İran arasında mübahisə bir az da davam etsə, o zaman məsələ dövlət başçıları səviyyəsinə qalxacaq”, - o bildirib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol