ABB mobile artıq 200-dən çox ödəniş xidmətini müştərilərinə təqdim etməklə vətəndaşların kommunal, rüsum, kredit və s. ödənişlərini rahatlaşdırır.
BUTA.TV xəbər verir ki, bu gündən isə ABB mobile-da Azəriqaz-ın smart kartlarına təmassız ödəniş funksiyası da aktivdir.
Apple (iOS) istifadəçiləri ABB mobile ilə Gallus smart kartlarının, Android istifadəçiləri isə Gallus və Zenner kartlarının balansını artıra bilərlər. İndiyə qədər bu əməliyyat üçün müxtəlif ödəniş terminallarına yaxınlaşmaq lazım gəlirdi.
ABB mobile tətbiqində yaradılmış bu imkandan faydalanmaq üçün istifadəçi kommunal ödənişlərdən Azəriqaza keçid edib, Gallus və ya Zenner kartları üzrə ödəniş etmək üçün kartı telefonun arxa hissəsinə yaxınlaşdıraraq istədiyi məbləği daxil edir. ABB mobile vasitəsilə təmassız şəkildə həm yeni ödəniş aparmaq, həm də ödənişi bərpa etmək olar.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
- Kreml Bakının bu qərarından təəssüflənir
- Rusiyadan Yekaterinburq olayı ilə bağlı açıqlama
- Putin və Əliyevin telefon söhbəti... - Kreml
- Mirzoyan: Sülh sazişinin yeri və tarixi...
- Yekaterinburqda Səfərov məhkəmədə yalan dedi - Video
- Azərbaycan ərazisindən İrana hücum... - Bəqai
- Zatulindən etiraf: Qarabağ bitdi, Bakıya təsir də...
- Rusiyada azərbaycanlılara “həyəcan siqnalı” verildi