Martın 15-də paytaxtın Sabunçu rayonunun Maştağa qəsəbəsində 1993-cü il təvəllüdlü Əli Seyidlinin yaşadığı evin qarşısında öldürülməsi faktı üzrə rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı yekunlaşıb.
Rayon prokurorluğundan BUTA.TV-a bildirilib ki, toplanmış sübutlar əsasında cinayətin Əli Seyidlinin arvadı Əzizə Seyidovanın sifarişi əsasında Mehdi Məmmədov, Bəxtiyar Fərzəliyev və Elvin Əliyev tərəfindən qabaqcadan əlbir olan bir qrup şəxs halında törədilməsinə əsaslı şübhələr müəyyənləşdirilib.
Əzizə Seyidovaya Cinayət Məcəlləsinin 32.3-cü, 32.4-cü, 120.2.1-ci, 120.2.4-cü, 120.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs halında, xüsusi amansızlıqla, tamah məqsədilə və sifarişlə qəsdən adam öldürməyə təhrik etmə və cinayəti təşkil etmə), Mehdi Məmmədov, Bəxtiyar Fərzəliyev və Elvin Əliyevə isə həmin Məcəllənin 120.2.1-ci, 120.2.4-cü, 120.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs halında, xüsusi amansızlıqla, tamah məqsədilə və sifarişlə qəsdən adam öldürmə) maddələri ilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
- “Gözümə gün düşdü” - Aşan avtobusun sürücüsü danışdı+Video
- Prezident Qətər Əmirinə başsağlığı verdi
- I və IV qruplara imtahanlar keçirildi
- Sabah çimərliklərdə hava necə olacaq?
- Sabahın hava proqnozu açıqlandı
- TƏBİB-dən Hacıqabuldakı qəza ilə bağlı - Açıqlama
- Hacıqabulda sərnişin avtobusu aşdı: 21 yaralı
- Bakıda güclü külək, rayonlarda yağış... – Faktiki hava