Azərbaycan və Türkiyənin HDQ komandanları bir arada

20:14 - 19 İyul 2023 - GÜNDƏM

 Azərbaycan və Türkiyənin HDQ komandanları bir arada

İyulun 19-da Azərbaycan Hərbi Dəniz Qüvvələri (HDQ) komandanı vitse-admiral Sübhan Bəkirov ölkəmizdə rəsmi səfərdə olan Türkiyə HDQ Komandanlığının Təftiş və Qiymətləndirmə rəisi kontr-admiral Yücel Darcanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə BUTA.TV-a Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, qonaqları salamlayan vitse-admiral S.Bəkirov Azərbaycan ilə Türkiyə arasında hərbi sahədə əməkdaşlığın qardaşlıq münasibətləri üzərində qurulduğunu xüsusi vurğulayaraq bu əlaqələrin daim inkişaf etdiyini bildirib.

Qərargah toplantısında iki ölkə arasında hərbi, hərbi təhsil və digər sahələrdə əməkdaşlığın genişləndirilməsinə dair ətraflı fikir mübadiləsi aparılıb.

Bu xəbər hal-hazırda çox oxunur
Bəylər Eyyubov yeni vəzifədə

Sonda Azərbaycan və Türkiyə HDQ arasında keçirilən 9-cu Qərargah toplantısının yekun protokolu imzalanıb, qarşılıqlı hədiyyələr təqdim olunub və xatirə şəkli çəkdirilib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol