Bagiridən sonra Papikyan da sərhədimizə gəldi

21:50 - 19 İyul 2023 - GÜNDƏM

 Bagiridən sonra Papikyan da sərhədimizə gəldi

Ermənistan müdafiə naziri Suren Papikyan bu gün cəbhə xəttinə gəlib.

BUTA.TV xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Nazir bir sıra döyüş postlarında döyüş növbətçiliyinin yerinə yetirilməsinə, o cümlədən dayaq məntəqələrinin tikintisi, təchiz edilməsi, mühəndis-istehkam və fortifikasiya işlərinin aparılmasına nəzarət edib, aidiyyəti bölmələrin rəhbərləri ilə ön cəbhədə görülən işlərlə bağlı bir sıra məsələləri müzakirə edib.

Papikyana illik planda nəzərdə tutulmuş işlərin gedişi və qarşıda duran planlar barədə məlumat verilib.

Bu xəbər hal-hazırda çox oxunur
Rusiyadan Azərbaycanla bağlı açıqlama

Səfər zamanı nazir Papikyan döyüş növbətçiliyində olan hərbçilərlə söhbət edib.

Qeyd edək ki, bu gün İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Bagiri də Azərbaycan ilə sərhəddə yerləşən Poldəşt sərhədinin sıfır nöqtəsinə gəlmişdi.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol