Sosial şəbəkələrdə İrəvana səfər edən Türkiyə vətəndaşının təhqir edildiyini əks etdirən görüntü yayılıb.
BUTA.TV xəbər verir ki, görüntüdə türkiyəli yük maşını sürücüsü olduğu təxmin edilən şəxsə ermənicə sual verilir, onun ermənicə bilmədiyini gördükdə isə təhqirlər yağdırılır.
Videonu çəkən erməni ümumilikdə türklərin ünvanına rus dilində də təhqirlər yağdırır.
Türkiyəli isə onun nə dediyini başa düşmədiyini bildirir.
Qeyd edək ki, bu, türkiyəli sürücülərə qarşı ilk belə təhqiramiz fakt deyil. İrəvan küçələrində türkiyəli TIR sürücüsünün qarşısını kəsməyə çalışan erməni maşını barədə görüntülər də yayılmışdı.
- Sabahın havası bu insanlar üçün əlverişlidir
- Xaçmazda elektrik dirəyindən yıxılan kişi öldü
- 50 il əvvəl basdırılan “zaman kapsulu” açıldı
- MN həftəlik icmalını təqdim etdi - Video
- “Gözümə gün düşdü” - Aşan avtobusun sürücüsü danışdı+Video
- Prezident Qətər Əmirinə başsağlığı verdi
- I və IV qruplara imtahanlar keçirildi
- Sabah çimərliklərdə hava necə olacaq?