Ötən gün Ukrayna ordusu ilə Rusiya hərbçiləri arasında 5 istiqamətdə 30-a yaxın toqquşma olub.
BUTA.TV xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
“Bu gecə Rusiya Ukraynaya növbəti raket və hava zərbəsi endirib. Bu terror aktının nəticələri ilə bağlı məlumatlar hələ də dəqiqləşdirilir. Ruslar bir gündə Ukraynaya 16 ədəd “Kalibr”, 8 ədəd X-22, 6 ədəd “Oniks” qanadlı raketləri, bir ədəd X-59 idarə olunan hava raketi və 32 ədəd “Şahid” PUA-sı ilə zərbə endirib. Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələri 13 ədəd “Kalibr” qanadlı raketi, bir ədə “X-59” idarə olunan raketi və 23 ədəd “Şahid” zərbə PUA-sını məhv edib. Rusiya Ukrayna mövqelərinə və yaşayış məntəqələrinə çoxsaylı reaktiv yaylım atəşi sistemlərindən 78 hava zərbəsi endirib, 69 hücum həyata keçirib.
Düşmən əsas səylərini Kupyansk, Liman, Baxmut, Avdeyev və Maryinka istiqamətlərində cəmləşdirir - son sutka ərzində 30-a yaxın döyüş toqquşması baş verib”, - məlumatda deyilir.
- Samur-Abşeron kanalında 1 nəfər batdı
- Haluk Levent saxlanıldı
- Sabahın havası bu insanlar üçün əlverişlidir
- Xaçmazda elektrik dirəyindən yıxılan kişi öldü
- 50 il əvvəl basdırılan “zaman kapsulu” açıldı
- MN həftəlik icmalını təqdim etdi - Video
- “Gözümə gün düşdü” - Aşan avtobusun sürücüsü danışdı+Video
- Prezident Qətər Əmirinə başsağlığı verdi