Polşa Stalinin mövqeyi sayəsində çoxlu torpaqlar əldə edib.
BUTA.TV xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
“Bu cür aqressiv siyasətin Polşa üçün necə nəticələndiyini də xatırlatmaq istəyirəm. Bu, 1939-cu ilin milli faciəsi ilə başa çatdı. Polşa Qərb müttəfiqləri tərəfindən alman hərb maşınının altına atıldı, sonra isə Varşava Sovet İttifaqının sayəsində müstəqilliyini və dövlətçiliyini bərpa etdi. Və məhz Sovet İttifaqının, Stalinin mövqeyi sayəsində Polşa Qərbdə əhəmiyyətli torpaqlar, Almaniya torpaqlarını aldı. Məhz belədir, indiki Polşanın qərb əraziləri Stalinin polyaklara hədiyyəsidir. Varşavadakı dostlarımız bunu unudublarmı? Xatırlatacağıq!” – o bildirib.
Rusiya Prezidenti ölkənin Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkinə Polşanın Ukrayna ilə bağlı planlarını izləməyi tapşırıb.
- Suraxanı bazarından son görüntülər - Video
- Azərbaycanda maşın yağı bahalaşdı
- Gəncədə kütləvi zəhərlənmə - 10-a yaxın şəxs xəstəxanaya yerləşdirildi
- Polad Həşimov və İlqar Mirzəyevin xatirəsi yad edildi
- Samur-Abşeron kanalında 1 nəfər batdı
- Haluk Levent saxlanıldı
- Sabahın havası bu insanlar üçün əlverişlidir
- Xaçmazda elektrik dirəyindən yıxılan kişi öldü