İntihar etdiyi deyilən polisin ailəsi prokurorluğa çağırıldı

17:20 - 22 İyul 2023 - GÜNDƏM

 İntihar etdiyi deyilən polisin ailəsi prokurorluğa çağırıldı

İyul ayını 19-da Mingəçevir şəhər Prokurorluğunun binasından özünü ataraq intihar etdiyi bildirilən Turalə Aslanovanın valideynləri dünən adıçəkilən quruma dəvət olunublar.

BUTA.TV xəbər verir ki, bu barədə Globalinfo.az-a mərhumun atası Natiq Aslanov məlumat verib.

O bildirib ki, hazırda istintaq işi aparılır:

“Dünən prokurorluğa getmişdik. Dedilər ki, iş araşdırılır və istintaq dəqiq gedir. Hələ ki, biz də gözləyirik”.

Bu xəbər hal-hazırda çox oxunur
Bəylər Eyyubov yeni vəzifədə

Qeyd edək ki, 32 yaşlı Turalə Aslanovanın Mingəçevir şəhər Prokurorluğunda intihar etdiyi iddia edilir. Ailəsi isə onun öldürüldüyündən şübhələnir.

Xatırladaq ki, Turalə Aslanovanın 413 min manat məbləğdə pulu mənimsədiyi deyilir. Lakin valideynləri deyir ki, bu vəsaitin mənimsənilməsində başqa adamların əli var, Turalə bu işdə qurbandır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol