Bakıda yaşayış binasında yanğın: ölən var

10:40 - 23 İyul 2023 - GÜNDƏM

 Bakıda yaşayış binasında yanğın: ölən var

Bakı şəhərinin Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində ümumi sahəsi 80 m² olan 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 12 m² sahədə və 1 ədəd kondisioner yanıb. Yüksək temperaturdan eyvanın lambirdən ibarət tavanı 4 m² sahədə və plastik pəncərə çərçivəsi qarsalanıb.

Fövqəladə Hallar Nazirliyindən BUTA.TV-a bildirilib ki, yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Yanğın zamanı 25 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bu xəbər hal-hazırda çox oxunur
Bəylər Eyyubov yeni vəzifədə

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol