Çin Yaponiyanı Koreya Respublikası ilə yüksək səviyyəli üçtərəfli görüş keçirməyə dəvət edib. Tokio isə bunu Pekinlə münasibətlərin yaxşılaşdırılması istiqamətində müsbət addım kimi qiymətləndirir.
BUTA.TV xəbər verir ki, bu barədə “Kyodo” agentliyi diplomatik mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Xarici Əlaqələr Komissiyasının ofisinin rəhbəri, ÇKP MK Siyasi Bürosunun üzvü Vanq Yi iyulun ortalarında Cakartada Yaponiyanın xarici işlər naziri Yosimasa Hayaşi ilə görüşü zamanı belə bir təkliflə çıxış edib.
Agentliyin məlumatına görə, tərəflər nazir müavinləri səviyyəsində danışıqlar təşkil edə və iqtisadi əməkdaşlığı, eləcə də ekoloji məsələləri, o cümlədən Yaponiyanın “Fukusima-1” atom elektrik stansiyasından radiasiyadan təmizlənmiş suyun okeana axıdılmasını müzakirə edə bilərlər.
Yaponiyaya görə, məsləhətləşmələrin müsbət nəticələri olacağı təqdirdə üç ölkə xarici işlər idarələri rəhbərlərinin görüşünün, daha sonra isə rəhbərlik nümayəndələrinin görüşünün keçirilməsi barədə düşünə biləcək.
Sonuncu dəfə bu səviyyədə təmaslar 2019-cu ildə keçirilib.
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Nərimanovda çoxmərtəbəli binanın zirzəmisində yanğın - Sakinlər təxliyə olundu
- Bu fotoları hər kəs ən az bir dəfə görüb
- Ötən gün çimərlikdə boğulan Rəşadın - Fotosu
- Suraxanı bazarından son görüntülər - Video
- Azərbaycanda maşın yağı bahalaşdı
- Gəncədə yasda kütləvi zəhərlənmə - 10-a yaxın şəxs xəstəxanaya yerləşdirildi
- Polad Həşimov və İlqar Mirzəyevin xatirəsi yad edildi