Kamerunda bina uçdu: 12 nəfər öldü

18:42 - 23 İyul 2023 - GÜNDƏM

 Kamerunda bina uçdu: 12 nəfər öldü

Kamerunun Duala şəhərində binanın uçması sonucunda azı 12 nəfər ölüb.

BUTA.TV xəbər verir ki, bu barədə Frans Press Agentliyi (AFP) yanğınsöndürənlərə istinadən məlumat yayıb.

Bildirilib ki, daha beş nəfərin vəziyyəti ağırdır.

AFP-nin məlumatına görə, hadisə ötən gecə baş verib. Dördmərtəbəli yaşayış binası yaxınlıqdakı birmərtəbəli binanın üzərinə uçub.

Hadisənin hansı səbəbdən baş verməsi hələlik açıqlanmayıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol