Şəmkirdə ağır qəza: 4 nəfər yaralandı

20:12 - 23 İyul 2023 - GÜNDƏM

 Şəmkirdə ağır qəza: 4 nəfər yaralandı

Şəmkirdə avtomobil maneəyə çırpılıb, 4 nəfər xəsarət alıb.

BUTA.TV xəbər verir ki, hadisə rayonun Sabirkənd kəndində qeydə alınıb.

VAZ markalı avtomobilin idarəetmədən çıxaraq maneəyə çırpılması nəticəsində 2004-cü il təvəllüdlü Kamran Abbasov, 2003-cü il təvəllüdlü İmran Qasımov, 2005-ci il təvəllüdlü Elmir Həsənov və 2001-ci il təvəllüdlü İsa Əmirxanov xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol