Rusiya Prezidenti Putin Ukrayna ilə Polşa arasında münasibətləri korlaya bilməyəcək.
BUTA.TV xəbər verir ki, bu sözləri Ukrayna xarici işlər naziri Dmitri Kuleba Putinin Polşa hakimiyyətinin Ukrayna ərazilərini işğal etmək istəməsi ilə bağlı son açıqlamalarına münasibət bildirərkən deyib.
“Putinin Kiyev və Varşava arasında ziddiyyət yaratmaq cəhdləri onun Ukraynaya uğursuz hücumu kimi əbəsdir”, - Kuleba Tvitterdə qeyd edib.
“Rusiyadan fərqli olaraq, Polşa və Ukrayna tarixdən ibrət dərsi alıblar və həmişə rus imperializminə və beynəlxalq hüquqa hörmətsizliyə qarşı vahid cəbhə kimi çıxış edəcəklər”, - nazir vurğulayıb.
Qeyd edək ki, Qərbi Ukraynanı Polşanın özünə birləşdirmək istəməsi barədə son iddianı Belarus lideri Lukaşenko Rusiya lideri Putinlə Sankt-Peterburqda keçirilən görüşdə səsləndirib və Putin də bunu təsdiqləyib.
- "Sputnik" əməliyyatı: Cinayət işi başladı, həbslər var - Rəsmi
- Azərbaycanda rusdilli məktəblər bağlanır
- Hətta qabırğalardan birini tapa bilmədik - VİDEO
- Yekaterinburqda bu dəfə azərbaycanlı qadına hücum etdilər - VİDEO
- Pezeşkian Azərbaycana gəlir
- Rusiya Azərbaycana qarşı bu qadağaya hazırlaşır
- Solovyov Azərbaycanı görün, nə ilə hədələdi...
- Narkotacir iddialarından sonra Şəbnəmin toydan yeni görüntüləri yayıldı