Tramp: Kiyevə daha yüz milyard ayırın!

15:52 - 24 İyul 2023 - GÜNDƏM

 Tramp: Kiyevə daha yüz milyard ayırın!

Avropa ölkələri Ukraynaya daha 100 milyard dollar ayırmalıdır ki, onun Kiyevə yardımının həcmi ABŞ-ın analoji töhfəsinə bərabər olsun.

Axra.az xəbər verir ki, bunu ABŞ-ın keçmiş prezidenti Donald Tramp deyib.

“Mən müharibə məsələsini həll edərdim. Avropaya isə ilk növbədə deyərdim ki pul ödəyin: Sizin 100 milyard dollara yaxın pulunuz əskikdir. Siz ödəməlisiniz. Avropanın cəbhəyə xeyli yaxın olmasına və Amerikanın Kiyevdən okeanla ayrılmasına baxmayaraq, Ukraynaya kömək üçün avropalılar 20 milyard dollar, Vaşqinton isə 130 milyard dollar ayırıb. Niyə?” – Tramp bildirib.

O əlavə edib ki, Avropanın çox kiçik yardımı ABŞ-dan fərqli olaraq Kiyevə daha çox təsir edir. Eyni zamanda, onun sözlərinə görə, Avropa ölkələrinin ümumi iqtisadiyyatı Amerika ilə müqayisə oluna bilər.

Bu xəbər hal-hazırda çox oxunur
Azərbaycanda rusdilli məktəblər bağlanır

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol