Nikol “müharibə riski böyükdür” mesajını niyə verdi?

21:08 - 24 İyul 2023 - GÜNDƏM

 Nikol “müharibə riski böyükdür” mesajını niyə verdi?

Əliyev Çin mediasına müsahibəsində bildirdi ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü 86,6 min kvadratkilometr ərazidə tanıyıb. Bura Qarabağ və işğal altında olan 8 kənd (Kərki və Qazaxın 7 kəndi) daxildir.

BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Asif Nərimanlı qeyd edib.

O bildirib ki, Bakının tələbi ilə Ermənistanın bunu rəsmi şəkildə təsdiq etməsi – sülh sazişinin imzalanmasıdır:

“İrəvan bundan qaçır, Paşinyanın Azərbaycanla müharibə ehtimalının böyük olduğu haqda dedikləri də bundan qaynaqlanır.

Bu xəbər hal-hazırda çox oxunur
Azərbaycanda rusdilli məktəblər bağlanır

Ermənistan nə Qarabağda istədiyini əldə edə bilir, nə də sərhəddə. Anklavlara qarşı 1975-ci il xəritəsi üzərindən gediş etsə də - Başkəndi və sərhəd bölgəsindəki bir neçə kəndi dəyişdirmək – gündəliyə daxil edə bilmədi. Bu gündəliyi dəyişdirmək – şifahi qəbul etdiklərini rəsmiləşdirməmək üçün yeni situasiyaya ehtiyac var. Və belə bir situasiya nəticədən asılı olmayaraq, hərbi eskalasiya baş verdiyi halda mümkün ola bilər”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol