Qırğızıstan və Tacikistan arasında münaqişə baş verdi

23:30 - 24 İyul 2023 - GÜNDƏM

 Qırğızıstan və Tacikistan arasında münaqişə baş verdi

Qırğızıstan və Tacikistan sərhədində yerli sakinlər arasında gərginlik baş verib.

BUTA.TV xəbər verir ki, bu barədə Qırğızıstan sərhəd xidməti məlumat yayıb.

Məlumata görə, gərginliyə Tacikistandan Qırğızıstan ərazisinə keçən Vorux anklavına gedən yolda sürücülər arasında yaranan fikir ayrılığı səbəb olub. Belə ki, Tacikistan vətəndaşları qırğızların avtomobilinə zərər yetirməyə cəhd ediblər. Nəticədə onlar arasında dava düşüb.

Münaqişənin böyüməsinin qarşısını almaq üçün hadisə yerinə Qırğızıstan Daxili İşlər Nazirliyinin ərazi bölməsinin əməkdaşı gəlsə də, əraziyə yaxınlaşan zaman Tacikistan vətəndaşları ona hücum etməyə cəhd edib.

Bu xəbər hal-hazırda çox oxunur
Azərbaycanda rusdilli məktəblər bağlanır

Hazırda Qırğızıstanın güc strukturları və hüquq-mühafizə orqanları sərhəddəki vəziyyəti sabitləşdirmək üçün tədbirlər görürlər.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol